Bu gün “Sumqayıt”ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür olunub, gələcək işlərində uğurlar arzulanıb.
Klubun prezidentinin səlahiyyətlərinin icrası vitse-prezident Vaqif Ömərova tapşırılıb.