29 Sentyabr 2024
İdman

Rəşad Sadıqov Kosovo oyunundan danışdı: “Müsbət nəticə gözləyirdik”

“Müsbət nəticə gözləyirdik. Burdan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq”.

İdmanxeber.com-un AFFA-nın “facebook” səhifəsinə istinadən yaydığı məlumata görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirilən səfər oyunundan sonra deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: “Əslində, futbolçular pis mübarizə aparmadılar. İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdu, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və yaxşı nəticə qazanaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43