21 Sentyabr 2024
İdman

“Reyncers” üzərindəki qələbədən sonra məşhurlaşdıq” – “Qəbələ”nin rəqibi

“Ötən mövsüm “Reyncers” üzərindəki qələbədən sonra məşhurlaşdıq. “Qəbələ” ilə düşəcəyimizi hiss etmişdim. Biz artıq hər şeyi təşkil etmək üzrəyik. Səyahət agentlikləri ilə əlaqə saxlamışıq və tez bir zamanda hər şeyi yüksək səviyyədə həll edəcəyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Proqres”in idman direktoru Tomas Gilgeman Avropa Liqasının 1-ci təsnifat mərhələsində  “Qəbələ” ilə düşmələrini dəyərləndirərkən deyib.

Daha sonra o bildirib: “Qəbələ” son illər iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Onlar “Borussiya”, “Krasnodar”, PAOK, “Anderlext”, “Maynts”, “Sent-Etyenn” kimi klublarla qarşılaşıblar. Bizim üçün çox çətin olacaq. Hər halda biz hələ də autsayderik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43