Boluda təlim-məşq toplanışında olan “Zirə” hazırlıq çərçivəsində Qətərin “Əl-Xaritiyah” klubu ilə qarşılaşıb.
1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra zirəlilərin baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini bildirib:
“Məqsədimiz o idi ki, futbolçularımız 90 dəqiqə meydanda hərəkətdə olsunlar. İstədiyimizi gördük, çoxlu qol epizodları yaratdıq. Səhvlərimiz oldu. Bu da futbolçularımızın yorğunluğundan irəli gəlir. Amma ümumilikdə hər şey normal keçdi. Bu qarşılaşmada gənc futbolçulara da şans verdik. Yeni transferlərimizi də son 15 dəqiqədə meydana buraxdıq. Onlar hələ tam hazır deyil, vaxt lazımdı. Komandamız üçün yaxşı oyun oldu. Növbəti qarşılaşmalarda bu oyundakı səhvləri buraxmamağa çalışacağıq”.