Hazırda “Dalğa Arena”da davam edən “Zirə” – “Neftçi” matçında gərgin anlar yaşanır.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın 44-cü dəqiqəsində görüşün baş hakimi Rauf Cabbarov hər iki klubun baş məşqçilərini meydandan qovmaq məcburiyyətində qalıb. Belə ki, sözügedən məşqçilər arasında bir epizodda söz atışması oldu. Bir-birilənin ünvanına təhqir dolu ifadələr səsləndirən baş məşqçilər Cabbarov tərəfindən tribunaya göndərildi.
Qeyd edək ki, ilk hssədən sonra hesab 1:1-di.