UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks” Bakıya yola düşüb.
İdmanxeber.az-ın məlumatına görə, Şimali Makedoniya klubunu gətirən təyyarə bir qədər əvvəl havaya qalxıb.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.