Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi son çempion “Qarabağ” təmsil edir
Ağdam təmsilçisi Makedoniya “Sileks”ini qonaq edib. Görüş Qurban Qurbanovun yetirmələrinin qələbəsi ilə başa çatıb – 4:0.
Bununlada “Qarabağ” 2-ci turda “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacağı dəqiqləşib.
18 avqust
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) 4:0
Qollar: X.Romero, 11, D.Gerye 39, 51, M.Emreli 50
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu