İdman Azərbaycan kanalında yayımlanan “Extra Time” proqramının budəfəki qonağı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla olub.
İdmanxeber.az-ın məlumatına görə, əslən Zəngilanın Çöpədərə kəndindən olan AFFA rəsmisi bu gün yayımlanan proqramda ordumuzun düşmən işğalından azad etdiyi torpaqlarla bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib.
Çünki azad olunan kəndlərin siyahısında onun ata yurdu – Çöpədərə də var idi.