“Oyuna yaxşı başladıq və qol imkanlarımız oldu. Mərhələ adlamaq üçün növbəti matçda daha yaxşı oynamalıyıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Kiprin AEL komandasının futbolçusu Stefan Şçepoviç Konfrans Liqasının 3-cü mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyundan sonra deyib.
Serbiyalı hücumçu, qələbə qazanmağa layiq olduqlarını deyib:
“Qələbəyə layiq idik, növbəti mərhələyə yüksələcəyimizə inanıram. Yaxşı oynadıq və son dəqiqələrdə rəqib hesabı bərabərləşdirdi. Bu sonluq Bakıdakı oyunda bizi daha güclü edəcək.
AEL – “Qarabağ” matçı 1:1 hesabıyla bitib. Komandalar arasındakı cavab matçı avqustun 12-də, Bakıda keçiriləcək.