Surinamının 60 yaşlı vitse-prezidenti Ronni Bryunsviyk CONCACAF Liqasında matça çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, dövlət rəsmisi sahibi və kapitanı olduğu “İnter Munqotapu”nun heyətində Hondurasın “Olimpia” klubuna qarşı forma geyinib.
Matça start heyətdə başlayan keçmiş üsyançı lider 54-cü dəqiqədə oğlu Damianla əvəzlənib. Görüş rəqibin 0:6 hesablı qələbəsi ilə yekunlaşıb.