“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan “Viktoriya”nın Çexiya çempionatındakı oyunu təxirə salınıb.
İdmanxeber.az-ın məlumatıan görə, Plzen klubunun müraciəti əsasında IV turun “Viktoriya” – “Zbroyovka” oyunu başqa vaxta keçiriləcək.
Buna səbəb “Viktoriya”nın avqustun 16-da “Qarabağ”la Bakıda oyununun olmasıdır. Şənbə günü çempionat matçı ilə Çempionlar Liqası qarşılaşmasına 72 saatdan az qaldığı nəzərə alınaraq, klub “Zbroyovka” ilə görüşün təxirə salınmasını istəyib.