Çempionlar Liqasında mübarizəni dayandıran təmsilçimiz “Qarabağ” yoluna Avropa Liqasının qrup mərhələsində davam edecək.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun AL-in qrup mərhələsindəki rəqibləri avqustun 26-da atılacaq püşkdən sonra bilinəcək. Püşkatma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasının qrup matçlarına sentyabr ayında start veriləcək.