Zabit Səmədov peşəkar karyerasında son döyüşünü keçirib.
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı kikboksçu Milli Gimnastika Arenasında təşkil olunan vida döyüşündə Antonio Silva ilə qarşılaşıb. Döyüş 1-ci raundda başa çatıb. Sabiq UFC döyüşçüsü Zabitin zərbələri qarşısında tab gətirməyib.
Qeyd edək ki, Səmədov 24 illik karyerasında 113 döyüşə çıxıb və 38-i nokautla olmaqla 103 qələbə qazanıb.