29 Sentyabr 2024
Kateqoriyasız

“Olimpiakos” gəlir – FOTO

Yunanıstan “Olimpiakos”u “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu üçün Bakıya yola düşüb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin rəsmi “tvitter” hesabında paylaşım edilib.

Bu gün saat 17:30-da komandanın baş məşqçisi Miçel Qonsalesin mətbuat konfransı keçiriləcək.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43