30 Sentyabr 2024
Kateqoriyasız

Qəbələdə “sülh”, “Qarabağ” qalib gəldi

Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir.

İdmanxeber.az-ın xəbər verir ki, bu gün daha 2 matç keçirilib. “Qəbələ” evdə “Turan Tovuz”la qarşılaşıb. Görüşdə hesab açılmayıb – 0:0.

Günün ikici oyununda “Qarabağ” səfərdə “Səbail”lə üz-üzə gəlib. Matç Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə sona çatıb – 3:0.

Qeyd edək ki, tura sabah keçiriləcək “Zirə” – “Kəpəz” görüşü ilə yekun vurulacaq.

24 dekabr (şənbə)

15:00. “Qəbələ” – “Turan Tovuz” 0:0
Hakimlər
: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu.

17:30. “Səbail” – “Qarabağ” 0:3

Qol: Ramil Şeydayev, 61, Musa Qurbanlı, 82, Abdullah Zubir, 88
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
Hakimlər:
 Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
“ASCO Arena”.

25 dekabr (bazar)

15:00. “Zirə” – “Kəpəz”
Hakimlər:
 Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43