29 Sentyabr 2024
Kateqoriyasız

Yığmanın hücumçusu Rusiya klubuna qayıtdı

Futzal üzrə Azərbaycan millisinin hücumçusu Rafael Vilela “Tümen”ə qayıdıb.

İdmanxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı oyunçu bir illik “Kayrat”da icarəyə verilmişdi. Amma forvard vaxtından əvvəl Rusiyaya dönüb.

Buna səbəb isə “Kayrat”ın Çempionlar Liqasında “dördlər finalı”na qala bilməməsidir. Qazaxlar bunu bacarmadığına görə, Rusiya klubu “Kayrat”la danışıq aparaq 29 yaşlı futbolçusunu geri qaytarmağa nail olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43