29 Sentyabr 2024
Kateqoriyasız

“Sabah” tarixinin ən böyükhesablı qələbəsi

“Sabah” tarixinin ən böyükhesablı qələbəsinə imza atıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna Misli Premyer Liqasının 18-ci turunda ötən gün “Sumqayıt”la görüşdə nail olub. “Sabah” rəqibini 6:0 hesabı ilə məğlub edib. Bu, klub tarixinin ən böyükhesablı qələbəsidir.

 

 

Qeyd edək ki, “Sabah” klubu 2017-ci ildə yaradılıb. Komada hazırda turnir cədvəlində 43 xalla 2-cidir. Onlar lider və 1 oyun az keçirən “Qarabağ”dan 4 xal geri qalırlar.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43