Uruqvay millisinin üzvləri Edinson Kavani və Xose Mariya Ximenes futboldan 6 ay müddətinə kənarlaşdırıla bilərlər.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb futbolçuların dünya çempionatında Qana yığmasına 2:0 hesabı ilə qalib gəldikləri oyunda baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranışa yol vermələridir.
FIFA məsələyə aydınlıq gətirməsi üçün Uruqvay Futbol Federasiyasına yanvarın 9-dək vaxt verib. Mümkün diskvalifikasiya qərarının oyunçuların milli komanda ilə yanaşı, klublarındakı çıxışlarına da şamil olunacağı gözlənilir.
Qeyd edək ki, Daniel Zibertin bəzi qərarlarından narazı qalan futbolçular final fitindən sonra almaniyalı referinin üzərinə hücum çəkiblər.