29 Sentyabr 2024
Ölkə futbolu

“Sumqayıt” klubu tarixi antirekordu təkrarlayıb

“Sumqayıt” futbol klubu tarixi antirekordu təkrarlayıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVIII turunda evdə “Sabah”a 0:6 hesabı ilə uduzan “gənclik şəhəri” təmsilçisi ən ağır məğlubiyyətlərindən birini yaşayıb.

Komandanın digər acınacaqlı nəticəsi də eyni hesabla olub. 2018/2019 mövsümünə təsadüf edən matçda “Qarabağ” “Sumqayıt”a 6 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, “Sabah”ın vurduğu 3-cü qol “Sumqayıt”ın Premyer Liqada buraxdığı 500-cü top olub. 346-cı matçda bu rəqəmə çatan “kimyaçılar” bu qədər qol buraxan 8-ci komandadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43