30 Sentyabr 2024
Ölkə futbolu

Elmar Baxşıyev heç-heçəni şərh etdi

Misli Premyer Liqasının XVIII turunda “Qəbələ”  öz meydanında “Turan Tovuz”la qolsuz heç-heçə edib. Matçdan sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Ağır olacağını bilirdik. Kubok oyunundan sonra temp baxımından çətinlik çəkdik. “Qarabağ”la oyunda çox güc sərf etdik. Düşünülmüş hücumlarımız var idi, tamamlamaqda çətinlik çəkdik. Qarşıda uzun yol var. Ruhdan düşməməliyik.

– Oyunda aqressivlik çatışmırdı. Sanki hamı istirahəti düşünürdü. Bunu hiss etdiz?
– Xeyr, kubokun yorğunluğu var idi. Futbolçularıma təşəkkür edirəm. Sona qədər dözdülər və intizamı qorudular.

– Yorğunluqdan fərqli olaraq, komandanın eyforiyaya qapıldığı hiss edilirdi…
– Kubokda nəsə əldə etməmişik. Sadəcə kubokda çox güc sərf etdik. Bununla bağlı idi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43