30 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” Premyer Liqanın tarixinə düşdü

Qarabağ” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb. 

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 18-ci turuna təsadüf edib. Qurban Qurbanovun yetirmələri səfərdə “Səbail”ə qalib gəlib – 3:0.

Ağdam klubu 1992-ci ildən keçirilən yarışın tarixinə 500 qələbə qazanan ilk komanda kimi düşüb. Bu yubiley 871-ci oyunda qeydə alınıb.

“Qarabağ”ın ilk qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. Mayın 6-da Kürdəmir “Şirvan”ını qəbul edən ağdamlılar 6:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43