Azərbaycan Basketbol Liqasında 11-ci tura bu gün yekun vurulacaq.
İdmsnxeber.az xəbər verir ki, “Olimpik” Şəkidə “Neftçi”ni qonaq edəcək. Qarşılaşma 15:00-da start götürəcək.
Dünən isə “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan” NTD ilə üz-üzə gəlib və rəqibinə 80:108 uduzub. “Sərhədçi” və “Zirvə Astara” komandalarının görüşündən isə ev sahibləri 94:84 qalib ayrılıb.
Hazırda turnir cədvəlində “Sabah”, “Gəncə” və NTD komandalarının 19 xala malikdir. “AAAF Xırdalan”la “Sərhədçi” 18 xalla növbəti pillələri paylaşır.