01 Oktyabr 2024
Kateqoriyasız

Kadi və Veşoviç “Qarabağ”dan gedə bilər – Qurban Qurbanov açıqladı

Hazırda bəzi əcnəbi klublar “Qarabağ”ın futbolçuları Kadi Borges və Marko Veçoviçlə danışıqlar aparırlar.

İdmanxeber.az xəbər verir ki, bunu müsahibəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

“Düzdür, Veşoviçin müqaviləsi mayda başa çatır. Kadi ilə müqavilə olsa da, orada futbolçunun özünün klubun tərk edə biləcəyinə dair maddə də var. Kadi ilə cox ciddi danışıqlar aparan xarici klub var. Bunlar bizə problem yarada bilər. Futbolçularımıza gələn təkliflərlə bağlı xəbərlər əsasən doğrudur. Elə təklif ola bilər ki, biz qarşısını ala bilmərik. Bu gün bizimlə olan oyunçular sabah olmaya bilərlər” – deyə Q.Qurbanov bildirib. (qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43