01 Oktyabr 2024
Dünya futbolu

“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etdi”

İsveçrənin “Sürix” klubunun prezidenti Anciello Kanepa cari mövsüm komandasının Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, klub başçısı Azərbaycan çempionu “Qarabağ”a (2:3, 2:2) yenilərək, mübarizəni Avropa Liqasının qrupunda davam etdirməsinə də toxunub:

“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etməklə yanaşı, böyük zülmdən də qurtarıb.  “Qarabağ”a qarşı daha yaxşı çıxış etmək mümkün olardı. Əminəm ki, “Qarabağ”ı keçsəydik, pley-offda Çexiya klubu “Viktoriya”nı üstələmək şansımız çox olardı. Amma “Bavariya”, “İnter” və “Barselona” ilə eyni qrupa düşmək ehtimalını görəndə göz yaşlarına qərq oluram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43