02 Oktyabr 2024
Kateqoriyasız

Mövsümün antirekordu

Misli Premyer Liqasının XVIII turunun “Zirə” – “Kəpəz” oyunu qırmızı vərəqələrin sayında antirekordla əlamətdar olub.

İdmanxeber.az xəbər verir ki, 2:2 hesabı ilə bitən matçda 5 futbolçuya belə ağır cəza verilib.

Coşqun Diniyev və Nemanya Andelkoviç meydan sahiblərinin, Elçin Əlicanov, Girogi Kantariya və Mixeil Erqemlidze isə qonaqların heyətində qırmızı vərəqə alıb. Sonuncunun cəzası oyun bitdikdən sonraya təsadüf olunub. Bu, Premyer Liqanın cari mövsümünün antirekordudur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43