“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunacaq.
İdmanxeber.az-ın məlumata görə, bu barədə “CBC Sport” kanalı məlumat yayıb. Bildirilir ki, təcrübəli qolkiper Antalyanı tərk edib. Qolu sınan qapıçı əməliyyat üçün Almaniyaya yollanıb.
Qeyd edək ki, Şahruddin Antalyadakı təlim-məşq toplanışında zədələnib.