29 Sentyabr 2024
Dünya futbolu

Renat oynadı, “Bazel” məğlub oldu

Renat Dadaşovun çıxış etdiyi İsveçrənin “Qrasshopper” klubu çempionatda növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda evdə “Bazel”lə qarşılaşıb. Görüş “Qrasshopper”in qələbəsi ilə sona çatıb – 1:0. Dadaşov matçın 61-ci dəqiqəsində meydana daxil olub.

Renatın komandasl 24 xalla hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43