29 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Trabzonspor”un hücumçusu ilə anlaşmağa yaxındır

“Qarabağ” transfer çalışmalaranı davam etdirir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu “Trabzonspor”un futbolçusu Fode Koytanın xidmətində maraqlıdır. Mənbə yazır ki, qvineyalı futbolçu Super Liqa klublarının təkliflərinə müsbət yanaşmır.

“Qarabağ”ın isə Koyta ilə anlaşmağa yaxın olduğu bildirilir. Müqavilə ilə Trabzon təmsilçisinə məxsus olan 33 yaşlı hücumçu icarə əsasında “Kasımpaşa”da çıxış edir.

O, mövsüm sonu Türkiyədən ayrılmağı düşündüyü üçün indidən sərfəli təklifləri nəzərdən keçirir.

Yerli mətbuat baş məşqçi Abdullah Avcının oyunçunu heyətdə düşünmədiyini bildirir.  Bu səbəbdən də Koyta gələn mövsümdən karyerasını Azərbaycanda davam etdirə bilər.

33 yaşlı forvard cari mövsüm Super Liqada “Kasımpaşa”nın heyətində 5 oyun keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43