Sabah Avropa Liqasının pley-off mərhələsində “Barselona” səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin üzvü Ferran Torres qarşılaşma öncəsi fikirklərini bildirib. O, oyunun ilk görüşdəki kimi ağır olacağını açıqlayıb:
“Sabah ən yaxşı çıxışımızı etməliyik. Topu saxlamağa və səbrli olmağa çalışmalıyıq. “Mançester Yunayted” azarkeşləri bizə təzyiq göstərəcək. Ona görə də sakit qalmalıyıq. Rəqib hazırda çox yaxşı formadadır. Ancaq biz də “Barselona”yıq. Matça böyük ümidlərlə çıxacağıq”.
Görüş sabah saat 00:00-da başlayacaq.