Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” Belçikada “Gent”in qonağı olacaq.
İdmanxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüş dünyanın bir ço ölkəsində canlı yayımlanacaq.
Sizi həmin kanalların bir qismi ilə tanış edirik:
24 fevral
Konfrans Liqası, pley-off
00:00 Gent – Qarabağ – CBC Sport, Arena Sport 9 (Xorvatiya), RTBF (Belçika), MATCH! Arena (Rusiya), EXXEN (Türkiyə), RMC (Fransa), Canvas (Belçika), Cosmote Sport (Kipr), TV2 (Danimarka)