24 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” Konfrans Liqasında mübarizəni dayandırdı- YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” cavab görüşünə çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi səfərdə “Gent”lə qarşılaşıb. İlk oyunda evdə 1:0 qalib gələn Qurban Qurbanovun yetirmələri səfərdə də eyni hesabla rəqibinə məğlub olub.

Əlavə vaxtda da qapılara qol vurulmadığı üçün qalib penaltilər seriyasına müəyyənləşib. “Gent” penaltiləri dəqiq yerinə yetirərək,  5:3 hesabı ilə qələbə qazanıb.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 fevral

00:00. “Gent” – “Qarabağ” 1:0 

QOL: Orban, 74
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun – 0:1
Gent, “Gelamko Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43