22 Sentyabr 2024
Ölkə futbolu

Bu klub “Qarabağ”ın oyunçusunu izləyəcək – “Gent”lə oyunda

Belçika klubunun skautları  “Gent” – “Qarabağ” matçında azərbaycanlı futbolçunu izləməyə gələcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Voetbalnieuws” nəşri məlumat yayıb. Bildirilir ki, Belçikanın böyük klublarından olan “Anderlext” Ağdam təmsilçisinin oyunçusunun xidmətində maraqlıdır.

Klubun skautları Azərbaycan millisinin də formasını geyinən Elvin Cəfərquliyevi oyununa baxmağa gələcəklər. Əgər 22 yaşlı futbolçunun çıxışı onları qane etsə, transfer yayda rəsmiləşə bilər.

Bir müddət öncə Cəfərquliyevlə Türkiyənin “Antalyaspor” klubun da maraqlandığı iddia edilmişdi. Onun “Qarabağ”la 2026-cı ilə qədər müqaviləsi var. Nüfuzlu “transfermarkt” saytı Elvinin dəyərini 600 min avro olaraq göstərir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43