22 Sentyabr 2024
Dünya futbolu

“Liverpul” gənc futbolçu üçün 150 milyon verir

“Liverpul” heyətini gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar” “Borussiya” klubunun futbolçusu Jud Bellinqemlə maraqlanır. Komandanın baş məqşçisi Yurgen Klopp gənc oyunçunu israrla heyətində görmək istəyir.

“Liverpul” rəhbərliyinin yaxın vaxtda Bundesliqa təmsilçisi ilə təmasa keçəcəyi bildirilir. İngiltərə klubu 19 yaşlı yarımmüdafiəçi üçün 150 milyon avro təklif edəcək.

Yerli mətbuat bu transferin gerçəkləşmə ehtimalının yüksək olduğunu yazır. Buna səbəb kimi Bellinqemin qatı “Liverpul” azarkeşi olması göstərilib.

İnigltərəli futbolçu cari mövsüm 29 oyunda 6 qol vurub, 10 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43