22 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” Belçikada dəstəksiz qalmayacaq

“Qarabağ” UEFA Konfrans Liqasının cavab görüşündə səfərdə “Gent”lə qarşılaşacaq.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, çətin Belçika səfərində Ağdam klubu dəstəksiz qalmayacaq. 20 min azarkeş tutumuna malik qarşılaşmanın keçiriləcəyi “Gelamko Arena”da 300-ə yaxın tərəfdar “Qarabağ”ı qələbəyə səsləyəcək.

Dünən Belçika mətbuatında isə görüşə marağın az olduğu bildirilirdi. Belə ki, matça cəmi 9 min bilet satılmışdı. Geridə qalan biletərin isə hələ də satışda olduğu vurğulanıb.

“Gent” – “Qarabağ” matçı bu gecə saat 00:00-da start götürəcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43