22 Sentyabr 2024
İdman

Basketbol Liqası: XIX tura start verildi

Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, 22 fevral tarixində “Sərhədçi” İdman Mərkəzində, “Sərhədçi PİK” və “AAAF Xırdalan BK” basketbolçuları arasında 19 -cu turun açılış oyunu baş tutub.

Qarşılaşmanın ilk hissəsində bərabər mübarizə getsə də, ikinci hissədə üstünlük əldə etmiş xırdalanlılar yekunda 73-66 hesablı qələbə qazandılar.

Qeyd edək ki, 19-cu turun digər oyunları ( “NTD BK” – “Sabah BK”, “Gəncə BK” – “Neftçi İK”, “Olimpik Şəki BK” – “Zirvə Astara BK” ) 23, 25 və 26 fevral tarixlərində keçiriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43