22 Sentyabr 2024
Dünya futbolu

“Axşam sehirli bir matç olacaq” – “Mançester Yunayted”in baş məşqçisi

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunları keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşü İngiltərədə baş tutacaq. Burada “Mançester Yunayted” evdə “Barselona”nı qəbul edir. Mançester təmsilçisinin baş məşqçisi Erik ten Haq oyun öncəsi fikirlərini bidirib:

“Axşam sehrli bir matç olacaq. Yeni bir gələcək qurmaq istəyirik. “Barselona”nın böyük klub olduğunu bilirik, lakin onlarla görüşməkdən çox xoşbəxtik. Biz həqiqətən də bu çətinliyin öhdəsindən gəlmək istəyirik. Bütün vacib olan budur. Hər futbolçuya ehtiyacımız var. “Barselona” ilə matç ilk addımdır. Azrkeşlərin bütün enerjisinə, diqqətlərinə ehtiyac duyuruq. İstədiyimiz nəticəni əldə etmək üçün bütün gücümüzü verməliyik. Biz qalib olmalıyıq”.

Tərəflər arasında İspaniyada keçirilən ilk oyun 2:2 hesabı ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43