23 Sentyabr 2024
Ölkə futbolu

“İlk matçdakı nəticə üstünlükdür, amma hələ hər şey bitməyib”

“Gent” Bakıda minimal hesabla məğlub oldu. Ancaq buna baxmayaraq, çox iddialı danışırlar”.

Bu sözləri idmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov “Gent” – “Qarabağ” matçı barədə danşarkən deyib. O, daha sonra belə davam edib:

“Belçikada bizi gərgin oyun gözləyir. “Qarabağ” evdə iki top fərqi ilə qalib gələ bilsəydi, səfərdə daha rahat olardı. Ancaq “Gent” öz azarkeşləri önündə fərqli çıxış edəcək. Düzdür, təmsilçimiz illərdir belə görüşləri çox oynayıb. Kifayət qədər təcrübəlidir.

“Qarabağ”ın meydana ilk matçdakı nəticəni qorumaq üçün çıxacağını düşünmürəm. 1:0 hesabı üstünlükdür, ancaq bununla hər şey bitməyib. Şanslara baxsaq, təmsilçimizin bir addım öndə olduğunu demək olar”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43