“Leypsiq”i futbolçusu Qvardiol karyerasını İngiltərə Premyer Liqasında dava etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu ilə “Mançester Siti”, “Çelsi” və “Liverpul” maraqlanır. Bundesliqa təmsilçisi oyunçusunu buraxmaq istəməsə də, Qvardiol üçün gələn təkliflər vəziyyəti dəyişə bilir.
“Liverpul”un skautları müdafiəçinin oyununu izləmək üçün son aylarda bir neçə dəfə “Leypsiq”in matçlarına gəliblər.
Xorvatiya millisinin üzvü cari mövsüm komandasında çıxdığı 27 oyunda 2 qol vurub.