23 Sentyabr 2024
Dünya futbolu

“Mbappe gərçək fenomendir” – Erlinq Haland

“Mançester Siti”nin futbolçusu Erlinq Haland yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, norveçli futbolçu dünyadan bir çox yaxşı oyunçu olduğunu açıqlayıb. O, Kilian Mbappeyə heyran olduğunu gizlətməyib:

“Bu gün çox yaxşı futbolçular var. Mbappe də onlardan biridir. O, çox güclüdür. Fransızların bəxti gətirib ki, millidə belə futbolçuları var. Təbii ki, onun Norveçdə oynamasını istərdim, amma bu, mümkün deyil. O, inanılmaz hücumçudur. Güclüdür, sürətlidir və bütün bunları illərdir edir. Məndən cəmi iki yaş böyükdür. Bu, əsl dəlilikdir. Mbappe gərçək fenomendir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43