23 Sentyabr 2024
Dünya futbolu

“Liverpul”dan Klopp qərarı – göndərilir?

“Liverpul” klubu baş məşqçi Yurgen Kloppla bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik almaniyalı mütəxəssisin klubda qalmasını istəyir. Onlar Kloppun ayrılmasına müsbət yanaşmırlar.

Bununla yanaşı, “qırmızılar”ın indidən yay transfer dönəminə hazırlaşdığı bildirilir. Rəhbərlik baş məşqçinin siyahısı əsasında heyətə yeni futbolçular cəlb edəcək.

Komandanın əsas hədəflərindən birinin “Borussiya”nın yarımmüdafiəçisi Jud Bellinqemdir. “Vulverhempton”un futbolçusu Mateus Nunes və “Çelsi” ilə yeni müqavilə imzalamayan Meyson Maunta da klubun maraq dairsindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43