“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, AFFA İntizam Komitəsi Premyer Liqanın XXIII turunda “Turan Tovuz”la matçda texniki zona qaydalarını pozaraq hakimə etiraz edən rusiyalı mütəxəssisi iki oyunluq cəzalandırıb.
“Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılması ucbatından klub daha 1600 manat cərimələnib.
“Turan Tovuz” isə 4 oyunçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə ödəməli olacaq.