23 Sentyabr 2024
Dünya futbolu

Ramos millidən getdi: “Vidalaşmağın zamanı gəldi”

PSJ-nin müdafiəçisi Serxio Ramos bir daha İspaniya millisində oynamayacağını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, baş məşqçi ilə danışığının ardından belə bir qərar verdiyini açıqlayıb:

“Milli komandayla vidalaşmağın zamanı gəldi. Bu gün yığmanın baş məşqçisi zəng vurub dedi ki, artıq məni komandada düşünmür. Necə oynayacağımdan asılı olmayaraq, onun gələcək planlarına daxil deyiləm. Təəssüflər olsun ki, daha uzun çəkə biləcək bir macəranın sonuna gəldik. Milli ilə belə vidalaşmaq mənim üçün çox acıdır”.

Ramos 2005-2021-ci illərdə milli komandada çıxış edib. Bu müddət ərzində o, 180 oyun keçirib, iki dəfə Avropa, bir dəfə dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43