24 Sentyabr 2024
İdman

Basketbol liqasında XIX turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutan matçda NTD və “Sabah” komandaları üz-üzə gəliblər.

Xalaxal prinsipi ilə davam edən görüşün yekununda ikincilər 82:72 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular NTD-dən Zak Hadson (18 xal, 4 ribaund), “Sabah”dan isə Entoni Patti (18 xal, 14 ribaund) olublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43