“Maraqlı oyun oldu. Tovuz səfəri hər zaman çətin olur”
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Turan Tovuz” oyunu sonrası deyib O, daha sonra belə davam edib:
“Tovuzda qələbə qazanmaq asan deyil. İlk hissə bizim üçün yaxşı keçdi. Ancaq sonra rəqibin təzyiqi oldu. Ev sahibi komanda azarkeşlərin dəstəyi ilə də yaxşı mübarizə aparır”.