25 Sentyabr 2024
Ölkə futbolu

“Belə oyunlarda futbolçuların ustalığı önə çıxır” – Ayxan Abbasov

“Üzücü məğlubiyyət oldu. Yuxarı komandalarla aramızdakı fərq hiss olundu. Oyun baxımından narazılığım yoxdu. Oyun bizim üstünlüyümüzlə keçdi. Adi səhvlər edirdik. Qarşıda matçlar çoxdu. Bəzi futbolçuların inkişafı vacibdir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Zirə” görüşü sonrası deyib. O, daha sonra belə davam edib:

“Piruzinİn itkisi bizə təsir etdi. Komanda yoğrunluq baxımından ilk hissədəki təzyiqi etmədi. Son oyundakı performansın yorğunluğu hiss olunurdu.

Eltun Turabov dəfələrlə əsas heyətdə olub. Ancaq bu gün alınmadı. Bəzi oyunlarda rotasiyaya getmək lazımdı. Belə oyunlarda futbolçuların ustalığı önə çıxır.

Avrokuboklara qatılmasaq faciə olmayacaq. Qarşımıza belə bir məqsəd qoyulmayıb. Rəhbərliklə danışıĞlarımız olub. Növbəti ildə də iddialı olub-olmamağımız bəlli deyil. Böyük büdcə tələb olunur.

Biz inkişaf etmək istəyirik. Bölgəyə futbol gəlib, irəli getmək lazımdır. Avrokubok iddiamızın olmaması o demək deyil ki, meydana həvəssiz çıxırıq.

Bizdə hər məşqçiyə sual verirlər ki, niyə avrokuboklar üçün oynamırsız? Biri var büdcən yaxşıdır, avrokuboklara vəsiqə tələb edilir. Bir də var bizim kimi. Belə müqayisə aparmaq düzgün deyil.  Biz inkişaf etmək istəyirik. Bu gün bölgəyə futbol gəlib. Əlbəttə, vaxtı gələndə, hazır olanda, qarşımıza avrokuboklar hədəfi qoyacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43