30 Sentyabr 2024
Dünya futbolu

“Fənərbağça”dan Jesus qərarı

“Fənərbağça” baş məşqçi Jorje Jesusla bağlı qərarını verib.

İdmanxeber.az “NTV Spor”a istinadən xəbər verir ki, prezident Ali Koç portuqaliyalı mütəxəssislə davam etmək niyyətindədir. Xəbərdə Jesusa daha bir illik sözləşmə təklif ediləcəyi bildirilib.

Hazırda lider “Qalatasaray”dan 6 xal geridə qalan “Fənərbağça”da Jesusun müqaviləsi mövsüm sonu başa çatır.

Onun daha öncə yayda komandadan ayrılmaq istədiyi bildirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43