30 Sentyabr 2024
Dünya futbolu

“Ronaldo mənə nifrətlə baxmadı, əlimi sıxdı”

“Əl-Vehda”nın hücumçusu Jan-David Bogel “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ilə aralarındakı dialoqdan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Əl-Nəsr”lə Səudiyyə Kralı Kubokunun yarımfinalın oyunundan (1:0) sonra portuqaliyalı ilə söhbət edib. O, Ronaldodan forma istədiyini bildirib:

“Oyunun sonunda ona fanatı olduğumu dedim və formasını istədim. Mənə nifrətlə baxmadı, əlimi sıxdı.

Məğlubiyyətdən məyus olduğunu başa düşürəm, amma bu münasibət məni təəccübləndirdi. Meydanda o, daim əsəbiləşir və komanda yoldaşlarına qışqırırdı”.

“Əl-Vehda”nın hücumçusu Bogel komandasına qələbə qazandıran qolun müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43