Almaniyalı yarımmüdafiəçi Marko Roys Dortmund “Borussiya”sı ilə müqavilənin müddətini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçunun yeni sözləşməsi 2023/24 mövsümünün sonuna kimi hesablanıb.
Yarımmüdafiəçi 2012-ci ildən “Borussiya”da çıxış edir.
Roys bu mövsüm komandanın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.