Braziliya Futbol Assosiasiyasının prezidenti Ednaldo Fernandes Karlo Ançelottinin milliyə başçılıq edə biləcəyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, federasiya rəhbəri italiyalı mütəxəssislə çalışmaq istədiklərini bildirib:
“Danışıqlarda irəliləyiş əldə edilir. Mayın 25-nə qədər vəziyyəti daha aydın başa düşməyə çalışırıq. Bu, komandanın növbəti toplanışı üçün təyin olunmuş tarixdir”.
Daha əvvəl 63 yaşlı italiyalı məşqçilik karyerasının sonuna kimi “Real”da işləməyə hazır olduğunu bildirmişdi.