29 Sentyabr 2024
Ölkə futbolu

“Finala çıxmağı qeyd etməyə vaxt yoxdur” – Elmar Baxşıyev

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin digər finalçısı da bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” evdəki görüşün ardından səfərdə də “Səbail”i məğlub edib – 1:0. Matçdan sonra əyalət təmsilçisinin baş məqşçisi Elmar Baxşıyev oyun barəsində fikirlərini bildirib:

“Süni ot örtüyündə oynamaq çətin idi. Amma biz zəif təsir bağışlamadıq. Layiqli qələbə qazanaraq finala yüksəldik. Bu oyun üçün uşaqlara təşəkkür edirəm. Finala çıxmağı qeyd etməyə belə vaxtımız yoxdur. 

Qarşıda çempionatda “Səbail”lə oyun var. Bütün fikrimizi Premyer Liqaya yönəltmişik. Artıq eyni rəqiblərlə ardıcıl oynamağa öyrəşmişik. Onları yenidən məğlub etmək çətin olacaq”.

Baş məşqçi “Neftçi” ilə final matçı haqda da danışıb: “Onlar kuboku qazanmaq istəyirlər, amma biz də qarşımıza belə vəzifə qoymuşuq. Ümid edirəm ki, uğur qazanacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43